17 Avqust 2020, 17:40
FUTBOL
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin oyunlarına hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, ölkəmizi ilk dəfə avrokuboklarda təmsil edəcək "Sumqayıt" komandasının görüşünü Qazaxıstandan olan hakimlər briqadası idarə edəcəklər.
Qarşılaşmanın baş hakimi Arman İsmuratov olacaq. Sergey Vassyutinlə Samat Terqeussizov ona köməkçi təyin edilib. Zandos Abzan isə ehtiyat hakim kimi ölkəmizdə iş başında olacaq.
Qeyd edək ki, "Sumqayıt" – "Şkendiya" qarşılaşması avqustun 27-də "Kapital Bank Arena"da keçiriləcək.