Braziliyanın "Vitoriya" klubunun hücumçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, 22 yaşlı futbolçu klublarımızda birinə keçməyə yaxındır.

Məlumata görə, Roşa ilə danışıqlara yekunlaşmaq üzrədir. "Vitoriya" oyunçunu adı açıqlanmayan komandaya bir illik icarəyə verəcək.

Qeyd edək ki, ölkəsində qısaca Eron çağırılan oyunçu bu mövsüm 4 qola imza atıb. "Vitoriya" ilə müqavilə müddəti 2021-ci ilin dekabrına qədər olan hücumçu 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.

 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest