"Barselona" Niderland millisinin baş məşqçisi Ronald Kumanla danışıqlar apardığını təsidqləyib. Matc.az xəbər verir ki, bu barədə klubun baş direktoru Oskar Qrau məlumat verib.

Bildirilir ki, klub rəsmisi bir gün öncə Kumanla görüşmək üçün Amsterdama yollanıb. Dönüşdə jurnalistlərə açıqlama verən Qrau təcrübəli mütəxəssislə görüşdüyünü bildirib.

Qeyd edək ki, Kataloniya klubu baş məşqçi Kike Setyenlə yollarını ayırıb. İspaniya mətbuatı Kumanın komandanın başına keçəcəyini iddia edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest