18 Avqust 2020, 10:14
FUTBOL
"Mançester Siti"nin yarımmüdafiəçisi David Silva karyerasını İspaniyada davam etdirəcək. Matc.az xəbər verir ki, o, "Real Sosyedad" klubu ilə razılığa gəlib.
Məlumata görə, 34 yaşlı futbolçu ilə 2022-ci ilə qədər müqavilə imzalanıb. Silvanın tibbi yoxlanışdan keçdikdən sonra rəsmən açıqlanacağı gözlənilir.
Qeyd edək ki, ispaniyalı yarımmüdafiəçi 10 ildir "şəhərlilər"də çıxış edir. O, bu müddət ərzində 4 Premyer Liqa çempionluğu qazanıb.