19 Avqust 2020, 10:26
FUTBOL
Azərbaycan UEFA reytinqindəki mövqeyində dəyişilik olub. Matc.az xəbər verir ki, buna səbəb "Qarabağ"ın çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniya "Sileks"ini 4:0 hesabı ilə məğlub etməsi olub.
Aktivinə 0,375 xal yazan Azərbaycan 14.750 xalla 26-cı yerdən 24-cü pilləyə yüksəlib. Buna həm də Qazaxıstanın çempionlar Liqasındakı təmsilçisi "Astana"nın Belarus "Dinamo" (Brest) klubuna 3:6 hesablı məğlubiyyəti səbəb olub.
Qeyd edək ki, "Qarabağ" II təsnifat mərhələsində "Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün qalibi ilə qarşılaşacaq.