"Barselona"nın müdafiəçisi Jerar Pike komandasını dəyişə bilər. Matc.az xəbər verir ki, ispaniyalı futbolçu İngiltərənin "Fulhem" klubunun maraq dairəsindədir.

çempionlar Liqasında "Bavariya"ya qarşı alınan ağır məğlubiyyətin ardından (2:8) təcrübəli oyunçu komandadan gedə biləcəyini bildirmişdi. Bununla yanaşı, klub prezidenti Xosep Bartomeu tərəfindən açıqlanan "toxunulmaz oyunçular" siyahısında Pikenin yer almadığı bildirilir.

Qeyd edək ki, ispaniyalı müdafiəçinin Kataloniya təmsilçisi ilə 2022-ci ilə qədər müqaviləsi var.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest