çempionlar Liqasının təsnifat və qrup mərhələsində mübarizə aparacaq komandaların adlarında dəyişikliklər olub. Matc.az xəbər verir ki, buna səbəb "Bavariya"nın çempionlar Liqasının yarımfinal mərhələsində "Lion"a qarşı 3:0 hesablı qələbəsi olub.
Belə ki, Münxen təmsilçisi və PSJ 2019-20 mövsümündə ölkə çempionu olduqları üçün növbəti il birbaşa çL-nin qrup mərhələsində iştirak edəcəklər. Bu səbəbdən də pley-off oynamalı olan "Ayaks" qrup mərhələsinə, Yunanıstan və çexiya çempionları "Olimpiakos"la "Slaviya" isə III təsnifat mərhələsi əvəzinə pley-offda iştirak imkanı əldə ediblər.
Beləliklə, Ağdam təmsilçisi II təsnifat mərhləsində Moldovanın "Şerif" klubuna qalib gəlsə, "Olimpiakos" və "Slaviya" kimi güclü komandalarla qarşılaşmayacaq.
Qurban Qurbanovun yetirmələrinin III mərhələdəki potensial rəqibləri bunlardır: