Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçunun zədəsi ciddi deyil. Medvedevin MRT müayinəsinin cavabı hələ bilinməsə də, müdafiəçinin vəziyyəti qənaətbəxşdi.

"Qarabağ"ın kapitanı Maksim Medvedevin durumuna aydınlıq gəlib. 
 
Klubun mətbuat xidmətindən verilən məlumata görə, futbolçunun zədəsi ciddi deyil. Medvedevin MRT müayinəsinin cavabı hələ bilinməsə də, müdafiəçinin vəziyyəti qənaətbəxşdi.
 
Xatırladaq ki, "Sileks"lə matçın 76-cı dəqiqəsində zədələnən Maksim meydanı xərəkdə tərk etmişdi.
 
Qeyd edək ki, "Qarabağ" avqustun 26-sı II təsnifat mərhələsində Moldovanın "Şerif" klubu ilə görüşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest