"Bayer"in yarımmüdafiəçisi Kay Xaverts "çelsi"yə keçməyə yaxındır. Matc.az "The Guardian" nəşrinə istinadən xəbər verir ki, danışıqlar müsbət yöndə irəliləyir.

Əvvəlcə London klubu almaniyalı futbolçu üçün 65 milyon və əlavə 15 milyon avro da bonus təklif etsə də, Bundesliqa təmsilçsi "zadəganlar"dan 100 milyon istəyirdi.

Ancaq tərəflər arasında razılığın əldə olunduğu bildirilir. Xavertsin də "çelsi"də çıxış etməyə müsbət yanaşması transferin reallaşma ehtimalını artırır.

Qeyd edək ki, yarımmüdafiəçi ötən mövsüm "Bayer" forması ilə 45 oyunda iştirak edib və 18 qol vurub.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest