20 Avqust 2020, 17:05
FUTBOL
"Keşlə" Futbol Klubu növbəti transferini reallaşdırıb.
Matc.az klub saytına istinadən xəbər verir ki, "qırmızılar" "Qarabağ"ın müdafiəçisi Rafael Məhərrəmlini icarəyə götürüb. 20 yaşlı futbolçu mövsümün sonunadək "Keşlə"nin şərəfini qoruyacaq.
Qeyd edək ki, Rafael Məhərrəmli ötən mövsüm Azərbaycan Premyer Liqası çərçivəsində 9 matçda meydana çıxıb.