çempionlar Liqasının finalı PSJ - "Bavariya" oyunu üçün hakim təyinatları açıqlanıb. Matc.az xəbər verir ki, görüş italiyalı hakimlər briqadasına tapşırılıb.

Matçın baş hakimi Daniele Orsato təyin edilib. Ona həmyerliləri Lorenzo Manqanelli və Alessandro Qallatini köməklik edəcəklər.

Qeyd edək ki, PSJ - "Bavariya" görüşü avqustun 23-cü Bakı vaxtı ilə 23:00-da başlayacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest