"Neftçi" klubu ilə yollarını ayıran futbolçu Vangelis Platellasın yeni klubu bəlli olub.

Matc.az xəbər verir ki, 32 yaşlı yunanıstanlı yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək. O, Larisa AEL-i ilə 2 illik müqavilə imzalayıb. 

Qeyd edək ki, Vangelis Platellas 2019-cu ilin yanvarında "Neftçi"yə keçib. Klub iyunun 19-da oyununla vidalaşıb.  

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest