21 Avqust 2020, 11:35
FUTBOL
"Barselona"nın yeni idman direktoru Ramon Planes komandanın gələcək planları barəsində "Marca" nəşrinə danışıb. Matc.az xəbər verir ki, klub rəsmisi hədəflərinin yeni bir heyət qurmaq olduğunu bildirib:
"Gənc futbolçular və Messi ilə bir layihə qurmaq istəyirik. Əminik ki, gənclərdən ibarət komanda yarada biləcəyik. İndi konkret adlar haqqında danışmaq düzgün deyil. Klub uğurlu bir layihə qurmalıdır və biz bunun üzərində işləyirik".
Qeyd edək ki, İspaniya mətbuatı Lionel Messinin Kataloniya təmsilçisinindən ayrılacağını yazır. Argentinalının yeni baş məşqçi Ronald Kumana getmək istədiyini bildirdiyi iddia edilir.