UEFA çempionlar Liqasında həftənin oyunçusu müəyyənləşib. Matc.az xəbər verir ki, "Bavariya"nın yarımmüdafiəçisi Serj Qnabri yarımfinal mərhələsindəki performansı ilə hamını qabaqlayıb.

25 yaşlı oyunçu azarkeşlər arasında aparılan səsvermənin qalibi olub. O, Robert Levandovski, Neymar və Anxel Di Mariyanı qabaqlayıb.

Qeyd edək ki, Qnabri çempionlar Liqasının yarımfinal mərhələsində "Bavariya"nın "Lion"u 3:0 hesabı ilə məğlub etdiyi qarşılaşmada dubl edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest