"Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu bizi qələbə üçün daha da ac edirdi".

"Oyun çox yaxşı keçdi. Əsas odur ki, qələbə qazandıq".

Matc.az xəbər verir ki, bunu "Neftçi"nin yarımmüdafiəçisi Sabir Buqrin Premyer Liqanın I turunda "Səbail"lə keçirilən oyun barədə klubun rəsmi saytına açıqlamasında deyib.

Komandasının 2:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada "ağ-qara" formada ilk rəsmi matçına çıxan Mərakeş əsilli belçikalı futbolçu azarkeşsiz oynamağın fərqli olduğunu bildirib: "Azarkeşsiz oynamaq fərqli idi, amma matçın rəsmi olması hiss olunurdu. Bu bizi qələbə üçün daha da ac edirdi. Düzdür, mənim bir əlverişli qol epizodum oldu, amma istifadə edə bilmədim. çünki qapıçı əla "seyv" etdi. İnanıram ki, gələn dəfə qol vuracam".

Buqrin Avropa Liqasının birinci təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkupi" klubu ilə keçiriləcək matça da toxunub: "Biz yenə də yaxşı mənada ac və mübariz olmalıyıq. öz oyunumuzu göstərsək, hər şey yaxşı olacaq. "Neftçi"də hamı bir-birinə kömək edir. Buna görə də artıq komandaya uyğunlaşmışam".

Qeyd dək ki, avqustun 27-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Şkupi" oyunu 20:00-da başlayacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest