PSJ-nin kapitanı Tiaqo Silva komandadan ayrılır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, braziliyalı futbolçu karyerasını İngiltərədə davam etdirə bilər.

Məlumata görə, təcrübəli müdafiəçi "çelsi" ilə danışıq aparır. Onun London klubu ilə iki illik müqavilə imzalayacağı bildirilir. Silva yeni komandasına azad agent statusu ilə qoşulacaq.

Xatırladaq ki, futbolçu 2012-ci ildən PSJ-də oynayır. 35 yaşlı oyunçu bu günə qədər Paris klubunda 314 oyun keçirib və 17 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest