24 Avqust 2020, 09:41
FUTBOL
Niderlandın "Eyndhoven" və "Katveyk" komandaları arasında keçirilmiş yoldaşlıq matçında qəribə hadisə baş verib.
Matc.az xəbər verir ki, qarşılaşma 44-cü dəqiqədə dayandırılıb. "Eyndhoven" klubu rəqib oyunçuların kobud oynadıqlarını əsas gətirərək meydanı tərk edib.
Məsələ ilə bağlı açıqlama verən "Katveyk"in idman direktoru Siza Bruininka hər iki komandanın kobud oynadığını bildirib. O, görüşə ciddi xərc çəkdiklərini ancaq rəqibin onları məyus etdiyini də sözlərinə əlavə edib.