24 Avqust 2020, 16:40
FUTBOL
"Barselona"nın hücumçusu Luis Suaresin klubdan ayrılma ehtimalı var. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, uruqvaylı forvard baş məşqçi Ronald Kumanın planlarına daxil deyil.
Məlumata görə, futbolçu təlim-məşq toplanışının başlama tarixi barədə klubdan heç bir bildiriş almayıb. Tezliklə oyunçuyla 2021-ci ildə başa çatacaq müqaviləsinin ləğvi ilə bağlı danışıq aparılacaq. Onun Niderlandın "Ayaks" klubuna keçəcəyi deyilir.
Suares 2014-dən "Barselona"da çıxış edir. O, cari mövsüm La Liqada 28 oyun keçirib və 16 qol vurub.