"Milan" 2020/21 mövsümünün hazırlıqlarına başlayır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, A Seriyası təmsilçisi hələ də Zlatan İbrahimoviçlə razılığa gələ bilməyib.

Məlumata görə, isveçli futbolçu klubdan illik 7 milyon avro tələb edib. Rəhbərliyin İbrahimoviçə 6 milyon təklif etməsinə baxmayaraq, təcrübəli hücumçu bunu qəbul etmir.

İtaliya mətbuatı isə razılığın olmamasının səbəbini maliyyəyə bağlamır. Tərəflərin başqa səbəblərdən analaşa bilmədiyini iddia edir. 

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest