"Üzərimizdə hər hansı bir təzyiq yoxdur. Çalışırıq ki, ən yaxşı yerlər üçün mübarizə aparaq".
"Uzun fasilədən sonra Qəbələdə yaxşı təlim-məşq toplanışı keçirdik. Tam hazır olmsaq da, çıxışımız yavaş-yavaş qaydasına düşəcək".
Bu sözləri matc.az saytına "Zirə"nin hücumçusu Ağabala Ramazanov komandanın ilk turda "Qəbələ" səfərindəki (1:1) çıxışını dəyərləndirərkən deyib. 28 yaşlı futbolçu çempionatın ilk turlarının hər zaman çətin olduğunu bildirib: "Fasilədən sonra ilk rəsmi görüşümüz idi. Komandamız yeni qurulub, ilk oyuna görə yaxşı təsir bağışladığımızı düşünürəm. Elə bir oyun idi ki, məğlub da ola bilərdik, qalib də gələ bilərdik".
Azərbaycan millisinin hücumçusu Rəşad Sadıqovun komandaya baş məşqçi gəlişindən sonra hansı dəyişikliklərin olacağını zamanla görəcəyimizi bildirib. Ramazanov "Zirə"nin hədəflərindən də söz açıb: "üzərimizdə hər hansı bir təzyiq yoxdur. çalışırıq ki, ən yaxşı yerlər üçün mübarizə aparaq. Avrokuboklara vəsiqə qazanmaq hamımızın arzusudur. Biz də bu yolda mübarizə aparacağıq. Ancaq ora düşməsək, faciə olmayacaq".