Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-nın aparıcı hakimlər üçün təşkil etdiyi hazırlıq prosesinə dəvət alıb. 
 
Matc.az xəbər verir ki, avqustun 26-da start götürəcək təlimlər videokonfrans formatında olacaq. İki günlük toplanışa elit və birinci kateqoriyalı, həmçinin VAR hakimləri cəlb edilib. 
 
Qeyd edək ki, Əliyar Ağayev I kateqoriyalı FIFA referisidir. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest