Fransanın "Marsel" klubunun daha 3 üzvü koronavirusa yoluxub.

Matc.az xəbər verir ki, oyunçuların test nəticələri müsbət cavab verib. Adları açıqlanmayan futbolçuların karantinə alındığı bildirilir.

Bir müddət öncə "Marsel"in koronavirus səbəbindən yoxlama matçı və Liqa1-in ilk turunda "Sent Etyen"ə qarşı görüşü təxirə salınmışdı.

Xatırladaq ki, mətbuat daha öncə Dmitri Payet və Jordan Amavinin koronavirus test nəticələrinin pozitiv çıxdığını yazıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest