UEFA çempionlar Liqasında 2019/2020 mövsümünün son həftəsinin ən yaxşı oyunçusunun adını açıqlayıb. Matc.az xəbər verir ki, "Bavariya"nın qapıçısı Manuel Noyer bu ada layiq görülüb.

Almaniyalı qolkiper azarkeşlər arasında keçirilən səsvermədə hamını qabaqlayıb. Noyer komanda yoldaşları - Kinqsli Koman, Tiaqo Alkantara və PSJ-dən Markinyosu geridə qoyub.

Qeyd edək ki, Münhen təmsilçisi çL-in finalında PSJ-yə 1:0 hesabı ilə qalib gələrək kubokun sahibi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest