"Mançester Siti"nin oyunçusu Qabriel Jesus karyerasını İspaniyada davam etdirə bilər. Matc.az AS nəşrinə istinadən xəbər verir ki, "Barelona" futbolçu ilə yaxından maraqlanır.

Məlumata görə, Kataloniya klubunun yeni baş məşqçisi Ronald Kuman Jesusu israrla istəyir. Tərəflərin yaxın günlərdə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, 23 yaşlı futbolçu 2017-ci ildən "şəhərlilər"də çıxış edir. Onun klubu ilə müqaviləsi 2023-cü ilə qədərdir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest