Almaniyanın II Bundesliqa klubu "Ersgebirge"də çıxış edən Dmitri Nazarov Azərbaycan millisinə gəlməkdən imtina edib. Matc.az xəbər verir ki, bu barədə yarımmüdafiəçi özü Almaniya mətbuatına açıqlama verib:

"Yığmadan dəvət alsam da, getməyəcəm. Koronavirus yoluxmaları çoxdur. İnsan sağlamlığı hər şeydən öncə gəlir. Bu səbəbdən millinin məşqçisi ilə qərara aldıq ki, bu dəfə evdə qalım. İndiki durumda Azərbaycana yollanmaq risklidir. üstəlik, uçuşlarla bağlı da çətinliklər var".

30 yaşlı hücumameyilli oyunçu yığmanın oktyabrdakı rəsmi matçlarında da iştirak etməyə bilər. O, həmin vaxt situasiyaya uyğun addım atacağını söyləyib: "Vəziyyət nə vaxt yüngülləşsə, yığmaya qayıda bilərəm".

Qeyd edək ki, C liqasının 1-ci qrupu çərçivəsində sentyabrın 5-də Lüksemburqu qəbul edəcək Azərbaycan millisi 3 gün sonra Nikosiyada Kiprin qonağı olacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest