Millətlər Liqasında Azərbaycan yığmasının rəqibi olan Lüksemburq millisi itki ilə üzləşib. Matc.az xəbər verir ki, bunu komandanın baş məşqçisi açıqlayıb.

O bildirib ki, "Nyu Yorsk Siti"də çıxış edən Maksim Şano qarşıdakı görüşlərdə oynaya bilməyəcək. Buna səbəb ABŞ-da koronavirusla bağlı vəziyyətin olmasıdır.

Qeyd edək ki, Şano millidə 39 oyuna 3 qol vurub. Azərbaycan – Lüksemburq görüşü sentaybrın 5-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest