27 Avqust 2020, 09:12
FUTBOL
"Neftçi"nin sabiq futbolçusu Soni Mustivarın yeni klubu bəlli olub. Matc.az xəbər verir ki, 30 yaşlı oyunçu karyerasını Rumıniyada davam etdirəcək.
Haiti millisinin "Hermannstadt" klubu ilə anlaşıb. O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, 2018-ci ilin martın "Neftçi"yə keçən Soni Mustivar bu komandanın heyətində ümumilikdə 56 oyun keçirib, 3 qola imza atıb.