27 Avqust 2020, 09:56
FUTBOL
"çelsi"nin 4 futbolçusunun karantinə alındığı bildirilir.
Matc.az "Thu Sun" nəşrinə istinadən xəbər verir ki, bunlar Temmi Abraham, Meyson Maunt, Kristian Pulişiç və Fikayo Tomoridir.
Məlumata görə, 4 oyunçu da Yunanıstanın Mikonos adasında tətildə olublar. Futbolçular istirahətdən qayıtdıqdan sonra klub bazasına gəlməyiblər.
London təsmilçisi mümkün koronavirus riskini nəzərə alaraq, oyunçuların karantinə alınmasına qərar verib.