"Mançester Siti" baş məşqçi Pep Qvardiola ilə müqavilə yeniləyir. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, rəhbərlik ispaniyalı mütəxəssisə sözləşməni bir il daha uzatmağı təklif edib.

Qvardiolanın "şəhərlilər"lə müqavilə müddəti 2020-21 mövsümünün sonunda başa çatır. Klub təcrübəli çalışdırıcı ilə əməkdaşlığı 2022-ci ilə qədər uzatmaq istəyir. Artıq tərəflərin danışıqlara başladığı bildirilir.

Xatrıladaq ki, Qvaridola 2016-cı ildən "Mançester Siti"nin baş məşqçisidir. O, bu müddət ərzində iki dəfə Premyer Liqa çempionluğunu, ölkə və super kuboku qazanıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest