27 Avqust 2020, 17:17
FUTBOL
İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Pol Poqba koronavirusa yoluxub. Matc.az xəbər verir ki, ulduz futbolçudan götürülən testin nəticəsi müsbət çıxıb.
Bu səbəbdən Poqba Fransa millisinin Millətlər Liqasının 2020/21 mövsümündəki ilk iki matçının heyətindən çıxarılıb. Fransa yığması sentyabrın 5-də İsveç, 8-də isə Xorvatiya ilə qarşılaşacaq.
Qeyd edək ki, "Tottenhem"in yarımmüdafiəçisi Tanqi Ndombele də koronavirusa yoluxduğu üçün Fransa yığmasının heyətindən kənarlaşdırılıb.