"Mançester Yunayted"in yarımmüdafiəçisi Nemanya Matic Serbiya millisindəki karyerasını bitirib. Matc.az xəbər verir ki, oyunçu bir daha yığma komandada oynamamağa qərar verib.

Məlumata görə, Matiç Serbiya Futbol Federasiyası ilə yaşadığı münaqişənin ardından bu qənaətə gəlib. Qrum rəsmiləri onu bu qərarından vaz keçirməyə çalışsalar da, futbolçu fikrindən daşınmayıb.

Qeyd edək ki, yarımmüdafiəçi Serbiya millisinin UEFA Millətlər Liqası çərçivəsində sentyabrda keçiriləcək Rusiya və Türkiyə oyunları üçün milliyə çağırılmışdı. 32 yaşlı futbolçu bu günə qədər yığmanın heyətində 48 matç keçirib və 2 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest