21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Matc.az xəbər verir ki, baş məşqçi Milan Obradoviç komandaya daha bir futbolçu çağırıb.
 
Bu, "Qəbələ" klubunun üzvü Rüfət Əhmədovdur. O, Avropa çempionatının seçmə mərhələsində sentyabrın 7-də, saat 21:00-da, "Kapital Bank Arena"da Fransa komandası ilə qarşılaşacaq Azərbaycan yığmasının hazırlıq prosesinə qoşulub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest