İcarə əsasında "Milan"da çıxış edən Asmir Beqoviç İtaliyada qala bilər. Matc.az "The Telegraph"  nəşrinə istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 33 yaşlı qolkiperi almaq niyyətindədir.

Müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus olan bosniyalı oyunçu ötən mövsümün ikinci yarısını "Milan"da keçirib.

O, komandası ilə 2 oyunda forma geyinib və 3 qol buraxıb. Rəhbərliyin Beqoviçi Canluici Donnarummanının əvəzedicisi kimi gördüyü bildirilir.

Xatrırladaq ki, təcrübəli qapıçı ötən mövsümün ilk yarısını "Qarabağ"da keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest