29 Avqust 2020, 11:07
FUTBOL
Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi İspaniyanın "Albasete" klubu yoxlama oyunu keçirib. Matc.az xəbər verir ki, komanda Sequnda təmsilçisi "Kastelyon"la üz-üzə gəlib.
Görüş 1:1 hesabı ilə yekunlaşıb. Yığmamızın futbolçusu oyuna start heyətdə başlayıb. O, fasilədə əvəzlənib.
Qeyd edək ki, Eddi İsrafilov Azərbaycan millisinin təlim-məşq toplanışında iştirak etmir. O, koronavirus səbəbindən İspaniyadakı vəziyyətin gərgin olduğunu bildirib və Bakıya gələ bilməyəcəyi üçün yığmanın baş məşqçi Canni De Byaziyə müraciət edib.
Azərbaycan millisi sentyabrın 5-də Bakıda Lüksemburq, 3 gün sonra isə səfərdə Kiprlə qarşılaşacaq.