29 Avqust 2020, 14:16
FUTBOL
"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante karyerasını İtaliyada davam etdirə bilər. Matc.az "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, "İnter" fransalı futbolçu ilə yaxından maraqlanır.
Məlumata görə, London klubu oyunçunu 50 milyon avro qarşılığında satmağa hazırdır. Bununla yanaşı, Kantenin məşqçilər heyətinin planlarına daxil olmadığı bildirilir.
Fransalı yarımmüdafiəçi ötən mövsüm "çelsi"də 22 oyun keçirib və 3 qol vurub.