"Barselona"nın hücumçusu Lionel Messinin atası Jorge Messi Kataloniya klubunun prezidenti Josep Bartomeu ilə görüşməyə hazırlaşır. Matc.az "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, tərəflər sentyabrın 3-də bir araya gələcəklər.

Argentinalı oyunçunun "Barselona"dan ayrılmaq istədiyi bildirilir. Onun "Mançester Siti" ilə razılaşdığı vurğulanıb. "Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola Messi ilə danışmaq üşün Barselonaya gəlib.

Xatrıladaq ki, 33 yaşlı hücumçu yeni mövsüm öncəsi klubla tibbi müayinədən keçməkdən imtina edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest