31 Avqust 2020, 09:25
FUTBOL
"Bu oyun məni sevidindirdi. Hər matçda daha yaxşı çıxış edirik".
Matc.az xəbər verir ki, bu sözləri "Şkupi"nin baş məşqçisi Muharrem Bayrami Şimali Makedoniya çempionatının IV turunda "Pelister"lə keçirilən oyundan sonra (1:0) deyib. O, Avropa Liqasının I təsnifat mərhələsində komandasının "Neftçi"yə məğlub olmasına da toxunub:
"Bakıda baş verənlərdən sonra qələbə qazanmaq yaxşıdır. Daha böyük fərqlə qalib gəlməyə layiq idik, üstün olduq və şansları əldən verdik. Bu komandanın yüksək keyfiyyətləri var".
Qeyd edək ki, "Bakcell Arena"da "Neftçi"yə 1:2 hesabı ilə məğlub olan "Şkupi" üçün avrokubok macərası başa çatıb.