"Bizim üçün tarixi püşkdür. "Qalatasaray" Bakıya, Azərbaycana gələcək. Möhtəşəm qarşılaşma gözləyirik".

Matc.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin prezidenti Kamran Quliyev "A Spor" kanalına açıqlamasında Avropa Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları "Qalatasaray"la matç barədə danışarkən deyib.

Quliyev hər iki kollektivin növbəti mərhəyə yüksəlmək istədiyini bildirib: "Qarşılaşmanın nəticəsindən aslı olmayaraq bizim qardaşlığımız var. Hamı növbəti raunda və qrup mərhələsinə yüksəlmək istəyir. Ən önəmli olan odur ki, Türkiyə futbolunun 4 böyük komandasından biri Azərbaycanda rəsmi matça çıxacaq. İnanıram ki, yaxşı matç olacaq. Biz buna hazırıq".

Klub rəhbəri paytaxt təmsilçisinin bir neçə futbolçu transfer edəcəyini sözlərinə əlavə edib: "Qalatasaray"la matça görə transfer etməyəcəyik.  Planımız var idi, o planla da gedəcəyik. Bir və ya iki yeni futbolçu almağı düşünürük. çempionatımız yeni başlayıb və ilk görüşümüzü keçirmişik. Sentyabrın 11-də daha bir matça çıxacağıq. Transfer işləri hələ ki, yekunlaşmayıb. ümid edirəm ki, "Qalatasaray"la oyuna bu məsələni yekunlaşdıracağıq".

Quliyev "Türkiyədə hansı kluba azarkeşlik edirsiniz" sualını belə cavablandırıb: "Bu maraqlı sualdır. Mən 1995-1996-cı ildə Kiprdə tələbə olmuşam. Həmin vaxt "cim bom"a azarkeşlik edirdim. Amma hazırda biz bu tərəfdəyik, "Qalatasaray" o tərəfdə. Mənim ürəyim və beynim "ağ qara"dır. 100 faiz "Neftçi"liyəm".

Prezident Türkiyə futbolu haqqında da fikirlərini bölüşüb: "1995/1996 mövsümündən bəri Türkiyə futbolunu izləyirəm. 1998-ci ildə sizin uğurunuzu Bakıda izlədim. Tək Bakı yox, Azərbaycan ölkə olaraq çox sevindi. Həmin vaxt Avropa çempionatındakı uğurunuza çox sevindik. Hazırda sizdə də yeni futbolçular var. Aşağı yaş qruplarında yaxşı oyunçular yetişir. Avropada türk əsilli futbolçular çoxdur. Avropanın məşhur klublarında çıxış edən oyunçular milli komandanızda oynayır. Ona görə də heyət yeni və gəncdir. Böyük uğurlarınız çox uzaqda deyil. Türkiyə futolunun yaxın gələcəkdə yenidən zirvələrə qalxmasını səbrsizliklə gözləyirəm".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest