01 Sentyabr 2020, 13:15
FUTBOL
AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri və İcraiyyə Komitəsinin üzvü Könül Mehtiyeva UEFA-dan təyinat alıb.
Matc.az xəbər verir ki, Mehtiyeva 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin Rusiya - Bolqarıstan matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, qarşılaşma sentyabrın 5-də Ximki şəhərində gerçəkləşəcək.