Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ"ın da potensial rəqibi bəlli olub.

Bu gün çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılıb. Matc.az xəbər verir ki, Azərbaycanın turnirdəki təmsilçisi "Qarabağ"ın da potensial rəqibi bəlli olub.

İsveçrənin Nyon şəhərində baş tutan püşkatmada "Qarabağ" – "Molde" cütünün qalibi "Ferensvaroş" (Macarıstan)/"Dinamo" (Xorvatiya) cütünün qazananı ilə qarşılaşacaq.

Qeyd edək ki, əvvəlki mərhələlərdən fərqli iki matçdan ibarət pley-offun ilk oyunları sentyabrın 22-23-də, cavab qarşılaşmaları 29-30-da baş tutacaq.

 

çempionlar Liqası

Pley-off

çempionlar yolu

"Slaviya" (çexiya) - "Midtülland" (Danimarka)/"Yanq Boyz" (İsveçrə) cütünün qalibi

"Makkabi" (Təl-Əviv, İsrail)/"Dinamo" (Belarus) cütünün qalibi - "Zalsburq" (Avstriya)

"Olimpiakos" (Yunanıstan) - "Omoniya" (Kipr)/"Srvena Zvezda" (Serbiya) cütünün qalibi

"Qarabağ" (Azərbaycan)/"Molde" (Norveç) cütünün qalibi - "Ferensvaroş" (Macarıstan)/"Dinamo" (Xorvatiya) cütünün qalibi

Liqa yolu

"Krasnodar" (Rusiya) – PAOK (Yunanıstan)/"Benfika" (Portuqaliya) cütünün qalibi

"Gent" (Belçika)/"Rapid" (Avstriya) cütünün qalibi - "Dinamo" (Ukrayna)/"Alkmaar" (Niderland) cütünün qalibi

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest