01 Sentyabr 2020, 15:07
FUTBOL
UEFA Millətlər Liqasının II turunda Azərbaycanla qarşılaşacaq Kipr yığması növbəti itki ilə üzləşib.
Matc.az yerli mətbuata istinadən xəbər verir ki, APOEL klubunun üzvü Giorqos Efrem zədələnib. Heyətdən çıxarılan 31 yaşlı yarımmüdafiəçinin əvəzinə AEL komandasında forma geyinən Andreas Avraam təlim-məşq toplanışa çağırılıb.
Qeyd edək ki, daha əvvəl Aleksander Qogiçin qarşıdakı matçları buraxacağı dəqiqləşib. Səbəb onun 10 günlük karantinə alınmasıdır. Kipr - Azərbaycan matçı sentyabrın 8-də Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.