01 Sentyabr 2020, 15:27
FUTBOL
"İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür. Yalnız bu halda şərtlər bərabər olar".
"Qarabağ"la oyun neytral meydanda keçirilməlidir".
Matc.az xəbər verir ki, bu sözləri Norveçin "Molde" klubunun baş məşqçisi Erlinq Mo deyib. 50 yaşlı mütəxəssis neytral meydanda oynamalarının komandası üçün müsbət hal olacağını bildirib: "İstənilən halda, rəqib meydanında oynamamaq böyük üstünlükdür. Yalnız bu halda şərtlər bərabər olar".
Qeyd edək ki, Norveç çempionu Azərbaycana səfər etdikdən sonra karantinə alınmalı olduğunu əsas gətirərək matçın neytral meydana salınması üçün UEFA-ya müraciət ünvanlayıb.