02 Sentyabr 2020, 09:15
FUTBOL
"Liverpul"un yarımmüdafiəçisi Corcinyo Viynaldum karyerasını İspaniyada davam etdirəcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Kataloniya təmsilçisi oyunçu ilə razılığa gəlib.
Hazırda klublar arsında danışıqların davam etdiyi bildirilir. "Barselona" Viynaldum üçün Premyer Liqa təmsilçisinə 20 milyon avro ödəməyə hazırdır. Komandanın yeni baş məşqçisi Ronald Kuman yarımmüdafiəçinin alınmasında israrcıdır.
Qeyd edək ki, Viynaldum ötən mövsüm "Liverpul2un heyətində 47 matç keçirib və 6 qol vurub.