02 Sentyabr 2020, 09:49
FUTBOL
"Real" yarımmüdafiəçisi Xames Rodriges karyerasını Premyer Liqada davam etdirməyə yaxındır. Matc.az "The Telegraph" nəşrinə istinadən xəbər verir ki, kolumbiyalı oyunçu "Everton"la razılığa gəlib.
Məlumata görə, 28 yaşlı futbolçu Liverpul klubu ilə 3 illik sözləşmə imzalayıb. Premyer Liqa təmsilçisinin baş məşqçisi Karlo Ancelotti yarımmüdafiəçini israrla istədiyi bildirilib.
"Karl klubu"nun Xames üçün 25 milyon avro tələb edib. "Everton"un oyunçunun keçidi üçün nə qədər ödədəyi isə hələ ki bilinmir. Transferin yaxın günlərdə açıqlanacağı gözlənilir.