"çelsi"nin yarımmüdafiəçisi Nqolo Kante klubdan ayrılmaq istəmir. Matc.az xəbər verir ki, fransalı futbolçu komandadakı mövqeyindən razıdır.

29 yaşlı oyunçunun daha öncə "İnter"ə keçəcəyi iddia olunurdu. ötən mövsümü zədə səbəbindən az forma şansı alan Kantenin İtaliya klubuna keçməsi ehtimal idi. Lakin yarımmüdafiəçinin London klubundan getməyəcəyi bildirilir.

Kante 2019/20 mövsümündə  "çelsi" nin heyətində 28 oyun keçirib və 3 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest