"Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi matça ciddi hazırlaşır. Matc.az "Fotomac" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim sürpriz nəticənin qarşısını almaq üçün köməkçilərinə göstəriş verib.
"Qalatasaray" komandası UEFA Avropa Liqasının II təsnifat mərhələsində "Neftçi" ilə keçirəcəyi matça ciddi hazırlaşır.
Matc.az "Fotomac" nəşrinə istinadən xəbər verir ki, İstanbul klubunun baş məşqçisi Fatih Terim sürpriz nəticənin qarşısını almaq üçün köməkçilərinə göstəriş verib.
Məşqçilər heyəti 67 yaşlı mütəxəssisin tapşırığına əsasən, "Neftçi"ni təhlil etməyə başlayıb.
Qeyd edək ki, sentyabrın 17-də "Bakcell Arena"da keçiriləcək "Neftçi" - "Qalatasaray" oyunu saat 20:00-da başlayacaq.