"Milli komandan karyeramızda irəliləmək üçün bizə çox şey verib. Yığmadakı çıxışımız futbolçuların transferlərinə köməklik göstərib"

"Milli komanda ilə matça çıxmaq üçün səbrsizlənirik. Qrupda şanslar bərabərdir. Qələbə ilə başlayacağımıza inanıram".

Matc.az xəbər verir ki, bu sözləri Monteneqro yığmasının futbolçusu Aleksandr Bolyeviç UEFA Millətlər Liqasında Kiprlə keçirəcəkləri görüşdən öncə "Sportklub" nəşrinə açıqlamasında deyib.

25 yaşlı yarımmüdafiəçi komandanın əlindən gələni etməyə borclu olduğunu söyləyib: "Milli komandan karyeramızda irəliləmək üçün bizə çox şey verib. Yığmadakı çıxışımız futbolçuların transferlərinə köməklik göstərib. Kiprdəki ilk oyun vacibdir. Lüksemburq və Azərbaycan matçlarında da qələbə üçün vuruşmalıyıq".

Qeyd edək ki, Azərbaycan millisi bu komanda ilə ilk oyununu oktyabrın 10-da səfərdə keçirəcək. İkinci qarşılaşma isə noyabrın 14-də Bakıda olacaq.

Canni De Byazinin baş məşqçi olduğu komanda ilk oyununu sentyabrın 5-də Bakı Olimpiya Stadionunda Lüksemburqa qarşı keçirəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest