"Barselona" Luis Suareslə müqaviləni bitirmək üçün razılığa gəlməyib. Matc.az xəbər verir ki, buna səbəb uruqvaylı oyunçunun klubdan təzminat tələb etməsidir.

Rəhbərlik Suareslə müqavilənin qarşılıqlı ləğv edilməsini tələb etsə də, hücumçu bununla razılaşmır.  Suares sözləşmənin ləğvi üçün klubdan 14 milyon avro tələb edir.

Xatırladaq ki, İtaliya mətbuatı forvardın "Yuventus"la anlaşdığını iddia edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest