"Barselona"nın hücumçusu Lionel Messi Kataloniya klubunda qala bilər. Matc.az "Marca" nəşrinə istinadən xəbər verir ki, argentinalı hücumçu qərarını dəyişməyə yaxındır.

Məlumata görə, oyunçu komandadan ayrılmaq istəsə də, rəhbərliyin müqaviləyə qoyduğu sərt şərtlər buna mane oldu. Belə ki, Leonu transfer etmək niyyətində olan klub 700 milyon avro ödəməli idi.

Bu isə hazırda heç bir komandanın verə biləcəyi məbləğ deyil. Eyni zamanda klub prezidenti Xosep Bartomeu 33 yaşlı hücumçunun getməsinin qəti əleyhinədir.

Messi ayrılmaq üçün yalnız məhkəməyə müraciət edə bilərdi. Ancaq argentinalı bu yolu seçmək istəmir. Bu səbəbdən də o, daha bir il Kataloniya klubunda qala bilər.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest