05 Sentyabr 2020, 09:54
FUTBOL
UEFA Millətlər Liqası B liqasının II turunda keçirilməli olan çexiya - Şotlandiya oyunu baş tutmayacaq.
Matc.az xəbər verir ki, bu barədə çexiya Futbol Federasiyasının nümayəndəsi Mixal Yurman açıqlama verib.
O bildirib ki, yığmanın heyətində koronavirusa yoluxan iki futbolçu var. Bu səbəbdən də komanda görüşdə iştirak etmyəcək.
Qeyd edək ki, qarşılaşma sentyabrın 7-də Olomuts şəhərində oynanılmalı idi.